Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vüsal Qasımlı: "Ermənistan dramının devalvasiyası qaçılmazdır"
Vüsal Qasımlı

"Ermənistanın milli valyutası olan dramın devalvasiyası qaçılmazdır".

"APA-Economics"in məlumatına görə, bunu mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu ölkənin tədiyə balansında və icmal dövlət büdcəsində kəsir varsa və bu xroniki xarakter daşıyırsa, əlbəttə, orada devalvasiya çıxış yollarından biridir.

"Bu gün Ermənistan dramının devalvasiyası ölkədə alıcılıq qabiliyyəti kəskin aşağı düşməsi səbəbindən sürətlənmir", - deyə V. Qasımlı qeyd edib.

V.Qasımlı əlavə edib ki, Ermənistanın iqtisadiyyatı istehlak iqtisadiyyatıdır və təhlillər onu göstərir ki, Ermənistanı ayaqda saxlayan bu ölkəyə kənardan gələn yardımlar, qrantlar, ianələr, pul baratlarıdır.

"O yardımlar aşağı azaldığına görə, alıcılıq qabiliyyəti düşür. Alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə isə, hələlik dramın devalvasiyası bir o qədər də nəzərə çarpmasa, milli valyuta qiymətdən düşür", - deyə V. Qasımlı bildirib.

Azərbaycan manatına gəldikdə, V. Qasımlı qeyd edib ki, ölkənin nə icmal büdcəsində, nə dövlət büdcəsində, nə də tədiyə balansında cari əməliyyatlar hesabında Azərbaycan manatının məzənnəsinə təhdid yaradacaq hər hansı məsələ yoxdur: "Əksinə, işğal altında olan ərazilərin bizim iqtisadiyyatımıza qoşulması gözlənilən torpaq, meşə, su resurslarının və filiz ehtiyatlarının perspektivləri bir daha onu göstərir ki, Azərbaycan bazar iqtisadiyyatının davamlı inkişafını sürətlə bundan sonra da davam etdirəcək. Bu da Azərbaycan manatına olan inam deməkdir".

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »