Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Qarabağda hərbi əməliyyatlara səbəb oldu”
“ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Qarabağda hərbi əməliyyatlara səbəb oldu”

“Azərbaycanın haqq işinə və beynəlxalq hüququn icrasına əngəl törədən ATƏT-in Minsk qrupunun ölkələri Azərbaycana atəşkəs çağırışı edib, Ermənistanı silahlandırırlar”.

Bunu Bizimyol.info-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

Şair Ramaldanov Şair Ramaldanov

Ş.Ramaldanov qeyd edib ki, ikili standartlar tətbiq edən ölkələr beynəlxalq hüququ çeynəyir: “Azərbaycan Prezidenti xalqa müraciətində məhv edilmiş və qənimət götürülmüş hərbi texnikalar haqqında məlumat verdikdən sonra haqlı olaraq soruşdu ki yoxsul ölkədə bu qədər silah hardandır? İkili standartlar bu gün dünyada dominatdır. İkili standartlar olmasaydı, BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsi icra olunardı. Ermənistana müəyyən təzyiqləri göstərərək bu dövləti beynəlxalq hüquq normalarına əməl etməyə məcbur edərdilər.

Ermənistanın havadarları, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri danışqları uzadaraq

Ermənistanın möhkəmlənməsi, cəbhə xətində müdafiə qurğularının möhkəmlənməsinə səbəb olublar. Beynəlxalq silahlanma mexanizmi də Ermənistanın silahlandırılması limitinin keçilməsini müşahidə edə bilmir. Çünki bu beynəlxalq təşkilat Qarabağda Ermənistan silahlı qüvvələrinin silahlandırılmasına nəzarət edə bilmir. Rusiyanın Ermənistanda olan bazasından işğalçı ölkə yararlanır.

Cənab Prezident haqlı olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətinə qiymət verərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdən ötrü başqa yolun qoyulmadığını bildirdilər.

ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və Ermənistanın qeyri-konsturiktiv mövqeyi Qarabağda hərbi əməliyyatlara səbəb oldu”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »