Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 yaşlı qatil hamını dəhşətə gətirib
8 yaşlı qatil hamını dəhşətə gətirib

Hindistanda yaşayan Amarjeet Sada adlı uşaq dünyanın ən kiçik azyaşlı qatili olaraq qeydlərə alındı.

Bizimyol.info xəbər verir ki, dünyanın ikinci ən sıx ölkəsi olan Hindistanda 3 nəfəri öldürdüyü iddiası ilə məhşur olan 8 yaşındakı Amarjeet Sada, həm ölkəsində, həm də beynəlxalq ictimaiyyətdə maraqlı hekayəsi ilə gündəmə gəlib.

Belə ki, 8 yaşlı uşaq polis sorğusu zamanı 2006-cı ildə 6 yaşlı əmisi oğlunu, səkkiz aylıq bacısını və ən son isə 2007-ci ildə qonşusunun altı aylıq qızını öldürdüyü etiraf edib. Hətta polislərə qonşunun körpəsini necə öldürdüyünü və basdırdığını ətraflı izah edib.

Polis əməkdaşı Şatrudhan Kumar, bütün cinayətlərin eyni şəkildə həyata keçirildiyini bildirib. Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə Amarjeetin davranış pozğunluğu olduğu məlum olub.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »