Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sorğunun nəticəsi: Rusiya Paşinyan rejimini məğlubiyyətdən xilas etməməlidir - Foto
Sorğunun nəticəsi: Rusiya Paşinyan rejimini məğlubiyyətdən xilas etməməlidir - Foto

Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü, “Milli müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko özünün “Telegram” kanalında maraqlı bir sorğu keçirib.

Belə ki, o, Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında qələbələri fonunda kanal üzvlərinə “Rusiya hökuməti Paşinyan rejimini Dağlıq Qarabağda məğlubiyyətdən xilas etməlidirmi” sualı ilə müraciət edib.

Oxu.az-ın məlumatına görə, İ.Koronçenko sorğunun nəticələrini paylaşıb.

Məlum olub ki, sorğuda iştirak edən 5000-dən çox respondentdən cəmi 4 faizi bu işə qarışılmasını istəyir, 1 faizi də cavablandırmaqda çətinlik çəkdiyini bildirib. Qalan 95 faizi Moskvanın İrəvanı Dağlıq Qarabağdakı məğlubiyyətdən xilas etməsinin əleyhinə səs verib.

Son xəbərlər
Bütün xəbərlər »