Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın informasiya müharibəsində qələbələri - Ekspertdən açıqlama
Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb

Bu gün erməni təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun Qarabağda və ətraf rayonlarda antiterror və sülhə məcburetmə əməliyyatlarına başlamasından 1 ay keçir.

Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı), 150-dən artıq kənd, onlarla strateji yüksəklik işğaldan azad edilib.

Dağlıq Qarabağ və ətraf rayonlarda ard-arda məğlubiyyətə uğrayan Ermənistan informasiya müharibəsində də uğursuzluğa düçar olub.

“Əvvəlki müharibələr dövrünə-2014-cü il avqust döyüşlərinə və 2016-cı il aprel döyüşlərinə nisbətən son döyüşlərdə informasiya müharibəsi sahəsində müsbət dəyişikliklər müşahidə olunur. Hərbi vəziyyətlə bağlı internetə məhdudiyyətin tətbiq olunmasına baxmayaraq, Azərbaycanda bu sahədə böyük üstünlük əldə edib”.

Bunu Bizimyol.info-ya açıqlamasında “Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib.

Osman Gündüz Osman Gündüz

Ekspert vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin xarici televiziya kanallarına müsahibələri, xalqa müraciəti və sosial şəbəkələr vasitəsilə verdiyi açıqlamalar informasiya müharibəsində müstəsna rol oynayır: “Beynəlxalq informasiya mühitində dövlət başçısının qlobal informasiya resurslarına verdiyi müsahibələr və açıqlamalar, xalqa müraciətləri mühim rol oynayır. Bütün bunlar qarayaxmaların qarşısını alır, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Bizə qarşı yalanların, böhtanların bizim apardığımız haqq işinə qara yaxmaq istəyənlərin qarşısı bununla qətiyyətlə alınıb”.

O.Gündüz bildirib ki Azərbaycanın daxilinə baxmaq istəsək, əvvəlki müharibələrlə müqayisədə bu dövrdə dezinformasiyaların və saxta xəbərlərin yayılmasının qarşısı qətiyyətlə alınıb: “Əvvəllər “Whatsapp”-da, “Youtube”-da dezinformasiyalar yer alırdı. İndi bu hal yoxdur. Bunun qarşısının alınmasında aidiyyatlı dövlət qurumları müəyyən rol oynayır. Bu işdə internet istifadəçiləri də mühim rol oynayırlar. Kimsə dezinformasiya yaymaq istəyirsə, onun qarşısı dərhal internet istifadəçiləri tərəfindən alınır”.

Ekspert vurğulayıb ki dezinformasiyaların və feyk xəbərlərin yayılmasının qarşısını alan əsas amillərdən biri rəsmi xəbərlərin intensiv və əlçatan olmasıdır: “Dövlət rəsmiləri-Prezident, Prezidentin köməkçisi Hikmət Hacıyev və Müdafiə Nazirliyi tərəfindən informasiyalar müntəzəm olaraq yayılır. Yəni rəsmi informasiyalar əlçatan olduğuna görə dezinformasiyalar ayaq tutub yeriyə bilmir. İnformasiya müharibəsində mühüm məqamlardan biri bundan ibarətdir.

Aidiyyatı dövlət qurumları, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti və dövlət qurumlarının informasiya sistemlərinin təhlükəsizliyinə baxan Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT) aktivliyi də xeyli artıbdır. Dövlət Təhlükəsizlik Xidməti Ermənistanın xüsusi xidmət qurumlarının vaxtaşırı Azərbaycana qarşı apardıqları informasiya diversiyası cəhdlərinə qarşı müvafiq işlər görürlər”.

Ekspert informasiya müharibəsində işləri daha da təkmilləşdirmək və canlandırmaq üçün təklif verib: “Twitter” Azərbaycanın haqq işinin beynəlxalq aləmə çatdırılmasında daha mühim rol oynaya bilər.

Prezidentin tvitlərinin statistikasını izləyirəm. Prezidentin tvitləri ilə əlaqədar olaraq Azərbaycanda “Twitter” istifadəçiləri xeyli artdı.

Bu ilin sentyabrın 27-dən sonra, yəni Vətən müharibəsi başlayandan sonra 20 gün ərzində Prezident İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri təxminən 321 min nəfər artıb. Son statistikaya əsasən izləyicilərin sayı 400 min artıb. Halbuki müharibədən öncə Azərbaycanda tvitter istifafəçiləri 300 min idi.

İntelektual kəsim, ictimai-siyasi şəxslər, rəsmi qurumlar daha çox tvitterdədir. Beynəlxalq ictimai rəyə təsiri olduğuna görə tvitterə qarşı qoyulan məhdudiyyətin aradan qaldırılması da indiki məqamda doğru olardı”.

Ramid İbrahimov

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - Video
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
Son xəbərlər
Bütün xəbərlər »