Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
Mənsum Ibrahimov

Tanınmış xanəndə, Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Anews.az "Bakupost"-a istinadla xəbər verir ki, şəhidimiz bu gün Ağdamda dəfn edilib.

Xalqı artisti saytımıza açıqlamasında bildirdi ki, qardaşı oğlu Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində bilavasitə iştirak edib:

"Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Ötən gün Laçın uğrunda gedən döyüşlərdə şəhid oldu. O ölməyib, Vətən uğrunda şəhid olub. Hazırda Ağdamda dəfn mərasimindəyik. Burada xalq izdihamı yaşanır. Bu xalqın iradəsini heç nə sarsılda bilməz. Xalqı bu cür olan dövlətin torpağı işğalda qalmaz. Təki, Vətən sağ olsun! Biz bir nəfər ölüb, min nəfər dirilərik!”

Mənsum Ibrahimovun qardaşı oğlu

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »