Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları, işəgötürənin isə vəzifələri və məsuliyyəti artırılır
Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları, işəgötürənin isə vəzifələri və məsuliyyəti artırılır

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları, işəgötürənin isə vəzifələri və məsuliyyəti artırılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada icbari tibbi sığorta, işsizlikdən sığorta qaydalarından da istifadə etmək hüququ olacaq.

Eyni zamanda, əmək münasibətləri sahəsində işəgötürənin də işçilərin tibbi sığortası üzrə sığorta haqlarının “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq vaxtında və tam həcmdə ödənilməsini təmin etməlidir.

Həmçinin təklif edilən dəyişikliyə əsasən, əmək müqaviləsinin məzmunu da dəyişəcək. Belə ki, əmək müqaviləsində həmçinin məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması ilə bağlı məlumatlar da göstərilməlidir.

Əmək Məcəlləsinə təklif edilən yeni maddəyə əsasən, işəgötürən “Tibbi sığorta haqqında” qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması ilə barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər
Bütün xəbərlər »