Şirvanda döyülən şəxs xəstəxanada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə oktyabrın 7-də baş verib.
Şirvan şəhər sakini, 2003-cü il təvəllüdlü Mehrabov Oruc Bəxtiyar oğlu mübahisə zəminində həmyerlisi, 1965-ci il təvəllüdlü Malyamov Qriqoriy Nikolayeviçi itələyərək yıxıb. Yıxılaraq başının daşa dəyən Qriqoriy Malyamov kəllə-beyin travması alıb.
Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 55 yaşlı kişi aldığı xəsarətlərdən ötən gün ölüb.
Faktla bağlı Şirvan Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.