Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadə: Biz hamımız komandanın əsgəriyik
İqbal Ağazadə

“Bu gün özümü müxalifət hesab eləmirəm. Ölkədə savaş gedir. Ali baş komandan sərkərdədir. Biz hamımız onun əsgərləriyik".

Bu sözləri Ümid partiyasının sədri İqbal Ağazadə Türkiyənin Ahaber kanalına müsahibəsində səsləndirib.

“Biz məmləkət olaraq birlikdə güclüyük - iqtidarlı-müxalifətli, şəhərli-rayonlu, qarabağlı-qeyri-qarabağlı, qadınlı-kişili, böyüklü-kiçikli, həp bərabər!”,- deyə o qeyd edib.

İqbal Ağazadə xaricdə yaşayan soydaşlarımızı bu günlərdə daha fəal olmağa çağırıb.

“ Xaricdə yaşayan həmvətənlərimiz (özəlliklə, Rusiya, Fransa, ABŞ, Almaniya, İran və s.) Azərbaycanımıza, müqəddəs savaşımıza, əsgərimizə, Ali Baş Komandanımıza, diplomatiyamıza dəstək üçün yaşadıqları ölkədə toparlanmalı, ayağa durmalı, yürüşlər, elmi konfranslar təşkil etməli, KİV-də müsahibələr verməli, mətbuat konfransları keçirtməli, haqq işimizi dünyaya çatdırmalıdlrlar.

Hər kəs bilməlidir ki, bu savaş xalqın səsi, tələbidir. Ali Baş Komandan və əsgərlərimiz xalqın istəyini və iradəsini gerçəkləşdirir. İstənilən siyasi, iqtisadi hədə və təhdidlər Azərbaycan iqtidarına deyil, xalqına qarşıdır. Sona qədər hər bir azərbaycanlı Prezidentin bu iradəsini və əsgərimizin əzmini müdafiə edəcək, gərəkilən anda hamımız əsgər olacağıq.

Yürüşlər eyni gündə olacağı təqdirdə daha effektli olacaq. Ən başlıcası, bu yürüşlərə Azərbaycanı sevən hər kəsi dəvət etməli, sistemli və koordinasiyalı təşkil etmək lazımdır.

Birliyimiz qələbəmizin təminatçısıdır. Bu birliyi sarsıdan heç bir hərəkətə, sözə, fikrə yol vermək olmaz. Vətən müharibəsi aparırıq. Hamı özünü bu vətənin əsgəri bilməlidir.

Torpaqlarımız uğrunda türk, talış, ləzgi, avar, kürd, tat, qrız, yəhudi, rus, ukraynalı, ingiloy, xınalıq, bir sözlə, hər kəs birləşib.

Birliyimiz sarsılmazdır!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!”

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »