Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müflis elan olunan "Standard Insurance"ın baş ofisinin yerləşdiyi bina satışa çıxarılır
iqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən "Standard Insurance" sığorta şirkətinin Bakı şəhəri Ş. Bədəlbəyli küç. 96, AZ1014 ünvanında yerləşən baş ofisinin binası satışa çıxarılır.

İcbari Sığorta Bürosundan "APA-Economics"ə verilən məlumata görə, bu barədə ləğv prosesində olan şirkətin ləğvetmə komissiyası tərəfindən məlumat verilib.

Qeyd olunub ki, şirkətin aktivlərinin bir qismi artıq hərrac vasitəsilə satışa çıxarılıb. Yaxın zamanlarda isə şirkətin baş ofisinin yerləşdiyi binanın satışa çıxarılması planlaşdırılır.

Qeyd edək ki, AMB İdarə Heyətinin 2020-ci il 19 may tarixli müvafiq qərarı ilə "Standard Insurance" şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilib və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 sentyabr 2020-ci il tarixdə qüvvəyə minib.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »