Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Smartfondan silinməsi tövsiyə olunan tətbiqlər açıqlandı
Telefon SMS

“Avast” antivirus şirkəti “Android” smartfonlarda quraşdırılmaması tövsiyə olunan tətbiqetmələri açıqlayıb.

Bu barədə “Rossiyskaya qazeta” xəbər verib.

Məlumata görə, sözügedən tətbiqlər smartfonu sözün həqiqi mənasında reklamla doldururlar.

Bu proqramlara “Shoot Them”, “Crush Car”, “Rolling Scroll”, “Helicopter Attack” (New), “Assassin Legend” (2020 - New), “Helicopter Shoot”, “Rugby Pass”, “Flying Skateboard”, “Iron it”, “Shooting Run”, “Plant Monster”, “Find Hidden”, “Find 5 Differences” (2020 - New), “Rotate Shape”, “Jump Jump”, “Find the Differences” (Puzzle), “Sway Man”, “Desert Against”, “Money Destroyer”, “Cream Trip” (New) və “Props Rescue” aiddir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə tətbiqlərin əsas hədəfi çoxlu sayda reklamları bütün əməliyyat sistemində əks etdirməkdir. Bu tətbiqlər yoluxduqları cihazda öz nişanlarını gizlədə bilirlər ki, bu da onların silinməsini çətinləşdirir.

Mütəxəssislər proqram seçərkən yüklənmə sayına diqqət yetirməməyə çağırırlar. Məsələn, yuxarıda adı çəkilən tətbiqlər “Google Play”dən səkkiz milyondan çox yüklənib.(oxu.az)

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »