Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
Nikol Paşinyan

Bir neçə gün əvvəl Qarabağdakı münaqişənin diplomatik yolla həlli barədə danışmağın mənasız olduğunu deyən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə məğlub olduğunu boynuna alıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu dəfə xalqa müraciətində ölkəsinin Dağlıq Qarabağ məsələsində güzəştə getməyə hazır olduğunu deyib.

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün güzəştə hazırdır” deyən Paşinyan biabırçı vəziyyətdə olduqlarını etiraf etməli olub:

“Biz qarşılıqlı güzəştlərə, hətta bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır. Videolardan da aydın görünür ki, qarşı cəbhədə həm intizam, həm də təminat baxımından çox ciddi problemlər var.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »