Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank Respublikanın xalis faiz gəlirləri artaraq 35,4 mln manat təşkil edib
Bank Respublikanın xalis faiz gəlirləri artaraq 35,4 mln manat təşkil edib

Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ilin üçüncü rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank cari ilin üçüncü rübündə dinamik inkişaf etməyə davam edib və yaxşı əməliyyat və maliyyə nəticələri nümayiş etdirib. Həmçinin, Bank rəqəmsal paltformasını köklü şəkildə yeniləmiş, bu isə, bankın dövrümüzün aktual çağırışlarına sürətli və effektiv cavab verməsinə, eləcə də müştərilərə göstərilən xidmətin keyfiyyətini və sürətini əhəmiyyətli dərəcədə artırmasına imkan verəcəkdir.

1 oktyabr 2020-ci il tarixinə bankın aktivləri 1,07 milyard manat təşkil etmişdir ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Üçüncü rübün nəticələrinə əsasən Bankın xalis mənfəəti artaraq 5,8 milyon manat təşkil etmişdir. Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis faiz gəliri isə 21%-dən çox artaraq 35,4 milyon manat təşkil etmişdir. COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank real sektorun kreditləşməsini davam etdirərək 9 ay ərzində 190 mln. manat məbləğində kredit vermişdir.

Hesabata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 15% artaraq 84,9 mln. manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 70% üstələmişdir. Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,71%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,93% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2 dəfə və 1,8 dəfə çoxdur.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »