Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan xalqı fransız mallarını boykot etməyə çağırdı
Ərdoğan xalqı fransız mallarını boykot etməyə çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsində tamamilə Azərbaycanın yanındadır.

Qardaş ölkənin dövlət başçısı bəzi Qərb ölkələrini, o cümlədən Fransanı bu problemdə göstərdiyi qeyri-obyektivliyə görə tənqid edir.

Bizimyol.info xəbər verir ki, Türkiyə-Fransa böhranı dərinləşir. Ərdoğan xalqı fransız mallarını boykot etməyə çağırıb. O, Avropa İttifaqı rəhbərliyinin Fransa prezidenti Emmanuel Makronun İslam əleyhinə mövqeyinə diqqət yetirməli olduğunu bildirib. Ərdoğanın fikrincə, Avropa dövlətinin başçısına dərs olsun deyə, fransız mallarından imtina etmək lazımdır.

Makron çeçen tarix müəllimi Samuel Patinin qətlindən sonra İslam separatizmindən danışmağa başlayıb. O, ölkənin ali dəyərlərinin İslam radikalizmindən müdafiəsinə ehtiyacı olduğunu söyləyib. Ərdoğanın cavabı gecikməyib. Türkiyə prezidenti fransız həmkarının psixikasının pozulduğunu deyib. Bundan sonra Fransa Türkiyədən səfirini geri çağırıb.

Son xəbərlər
Bütün xəbərlər »