Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
Bizimyol.info xəbər verir ki,Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.