Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tonoyan PKK döyüşçülərini Azərbaycan əsgərinin geyimində döyüşə göndərir
Tonoyan PKK döyüşçülərini Azərbaycan əsgərinin geyimində döyüşə göndərir

Ermənistan Suriya və İraqdan gətirilən PKK döyüşçülərini Qarabağa yerləşdirir.

Bizimyol.info Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xüsusi Xidmət Orqanlarının araşdırması nəticəsində PKK döyüşçülərinin Azərbaycan əsgərlərinin formasında döyüşlərə qatılması məlum olub. Bu həm Azərbaycanın beynəlxalq aləmdə imicinin korlanmasına, həm erməni yalanının üstünün bağlanmasına xidmət edir.

Məlumata görə həmin terrorçulart əsasən Şuşa şəhərinə yerləşdirilib. Azərbaycan əsgərlərinin hərbi geyimində olan terrorçular bizim əsgərlərimizi çaşdırır, onlar həlak olanda isə, meyitləri xarici jurnalistərə Azərbaycan sıralarında döyüşən suriyalı muzdlular kimi təqdim olunurlar.

Azərbaycan ordusu tərəfindən əsir götürülmüş erməni hərbiçi Albert Mikaelyan da bu faktı təsdiqləmişdi ki, Qarabağda ön cəbvhədə onların sıralarında Azərbaycana qarşı PKK döyüşçüləri yer alır.

Qarabağda hərbi əməliyyatlar başlayandan Livan və Suriyadan Qarabağa PKK axını müntəzəm hal alıb. Süleymaniyə şəhərindən Yerevana silah və canlı qüvvə gətirilməsi üçün mülki təyyarələr işə salınıb ki, bu da Beynəlxalq Mülki Aviasiya qaydalarına ziddir.

Türkiyə tərəfi bu barədə Azərbaycanı dəfələrlə xəbərdar edib.

Qeyd edək ki, dünən Ermənistan tərəfindən sosial şəbəkələrdə yayılmış bir rəsm dərhal silindi. Bu fotoya aydınlıq gətirən Hikmət Hacıyev də qeyd etmişdi ki, rəsmdə ayaqyalın görünən və qondarma Qarabağ rəhbərinin yanında oturan əsgər Azərbaycanın sərhəd qoşunlarının hərbi geyimində olub.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »