Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın XİN: Azərbaycanla sərhədlərin delimitasiyası prosesi məntiqi sona çatacaq
Gürcüstan XIN

“Gürcüstan hökuməti dövlət sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələlərin həlli üçün fəal işə başlayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazir sərhədlə bağlı məsələləri ağır miras adlandırıb: “Lakin cəmiyyətimiz bilməlidir ki, bu məsələ dövlət maraqlarımız nəzərə alınmaqla mütləq həll olunacaq”.

D.Zalkalianinin sözlərinə görə, sərhədlərin müəyyən edilməsi çox vacibdir, belə ki, dövlətçilik və vətən sərhəddən başlayır: “Əminəm ki, hökumətimizin başlatdığı proses məntiqi sona çatacaq. Bu əlbəttə ki, həm Gürcüstan, həm də strateji tərəfdaşımız Azərbaycanın maraqlarını nəzərə almaqla baş verəcək”.

XİN başçısı qeyd edib ki, Ermənistanla da sərhədlərin müəyyən edilməsi istiqamətində işlər davam etdiriləcək: “Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası məsələsini də həll edəcəyik”.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »