Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubada qonaqlıq edənlər cərimələniblər
Qubada qonaqlıq edənlər cərimələniblər

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində “Covid19” pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, RPŞ-nin Qonaqkənd Polis Bölməsinin əməkdaşları rayonun Afurca kəndi ərazisində xidmət aparan zaman kənd sakini Ramin Mustafayevə məxsus evin həyətyanı sahəsində qonaqlıq məclisi təşkil edildiyini aşkarlayıblar. Məclis dərhal dayandırılıb.

Ev sahibi və məclisdə iştirak edən Sumqayıt şəhər sakini olan 20 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər. Onlarla izahedici söhbətlər aparılıb və hər biri inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Son xəbərlər
Bütün xəbərlər »