Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid Dmitri Solnsevlə vida mərasimi keçirilib
Şəhid Dmitri Solnsevlə vida mərasimi keçirilib

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Sonsevlə vida mərasimi keçirilib.

"Report"un əməkdaşının verdiyi məlumata görə, şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib:

“Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".

Şəhidin bacısı Yuliya Sonçeva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi: “Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi".

O, İkinci Fəxri xiyabanda dəfn ediləcək.

Son xəbərlər
Bütün xəbərlər »