Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mehriban Əliyeva hərbçilərə təşəkkür etdi: Onların hər birinə hədsiz dərəcədə minnətdaram!
Mehriban Əliyeva hərbçilərə təşəkkür etdi: Onların hər birinə hədsiz dərəcədə minnətdaram!

Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edilməsi münasibətilə xalqı təbrik edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva "İnstagram" səhifəsində paylaşım edib.

"Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Son xəbərlər
Bütün xəbərlər »