Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan nefti həftə ərzində cüzi bahalaşıb
Azərbaycan nefti həftə ərzində cüzi bahalaşıb

Ötən həftə ərzində (19 – 23 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 42,21 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,33 dollar və ya 0,78% çoxdur.

"APA-Economics"in məlumatına görə, ötən həftə ərzində ən yüksək göstərici (IV gün) – 42,63 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 41,49 dollar səviyyəsində olub. Həftə ərzində Azərbaycan nefti 0,07% bahalaşıb.

Son xəbərlər
Bütün xəbərlər »