Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinin COVID-19 aşkarlanan Qaşğar şəhərinə giriş-çıxış bağlanılıb
Çinin COVID-19 aşkarlanan Qaşğar şəhərinə giriş-çıxış bağlanılıb

Çinin Qaşğar şəhərində 138 nəfərin COVID-19 virusuna yoluxması aşkarlandıqdan sonra şəhərə giriş-çıxış dayandırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Sincan Uyğur muxtar bölgəsinin Qaşğar prefekturasının hakimiyyət orqanları məlumat verib,

Şufu rayonunda bir nəfər nəfərdə virus aşkarlandıqdan sonra prefekturada kütləvi test prosesinə başlanılıb. İndiyədək 2,83 milyon nəfər testdən keçib, 334 min nümunənin cavabları çıxıb və nəticədə daha 137 nəfərin simptomsuz COVID-19 pasiyenti olduğu aşkarlanıb. Bildirilir ki, Şufu da daxil olmaqla prefekturanın 4,75 milyon sakininin test edilməsi nəzərdə tutulub.

Epidemioloji təhqiqat işləri çərçivəsində  Qaşğardan kənara hava, dəmir yolu və avtomobil nəqliyyatı ilə sərnişin daşınması dayandırılıb. Ən yüksək səviyyədə fövqəladə hazırlıq dərəcəsi elan olunub. Şəhərə kənardan 600 nəfərlik tibbi heyət cəlb edilib.

Son xəbərlər
Bütün xəbərlər »