Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Dağlıq Qarabağa Azərbaycan hərbi formasında PKK terrorçuları gətirib
Pkk Ermənistanda

Kəşfiyyat mənbələrindən əldə edilən məlumata görə, PKK terrorçularından ibarət qruplar Dağlıq Qarabağın Şuşa şəhərinə yerləşdirilib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, sözügedən PKK terrorçularının Azərbaycan hərbi forması geyindiklərinə diqqət çəkən mənbələr, ermənilərin əsl Azərbaycan əsgərlərində bu şəkildə çaşqınlıq yaratmağı hədəflədiklərini və həmin terrorçular öldürüldükdə Azərbaycan ordusu tərəfindən Suriyadan gətirilən muzdlu olduqlarını iddia edəcəklərini bildirirlər.

Qeyd edilir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Ermənistanın Dağlıq Qarabağdakı cəbhə xəttində PKK terrorçularından istifadə etdiyini deyib. Azərbaycan ordusunun torpaqlarını xilas etmək üçün başlatdığı hərbi əməliyyatda əsir düşən erməni əsgəri Albert Mikaelyan da PKK terrorçularının Dağlıq Qarabağdakı erməni sıralarında vuruşduğunu etiraf edib və bu terrorçuların bunun qarşılığında 600 dollar maaş aldığını etiraf edib.(apa)

Paylaş »
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »