Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikada 59 milyondan çox insan erkən səsini verdi
Amerikada 59 milyondan çox insan erkən səsini verdi

ABŞ-da 60 milyona yaxın vətəndaş noyabrda baş tutacaq prezident seçkisi üçün erkən səsvermədə iştirak edib.

“Report” xəbər verir ki, müvafiq hesablamalar bazar ertəsi günü Florida Dövlət Universitetinin professoru Maykl McDonald tərəfindən yaradılan “United States Elections Project” adlı portalda dərc edilib.

Portalın verdiyi məlumata görə, səsvermədə 59 035 218 vətəndaş iştirak edib. Ən çox erkən səsvermədə liderlik Texasda reallaşıb - 7 193 582 nəfər.

Daha sonra ardıcıl olaraq Kaliforniya (6 500 191), Florida (5 722 406), Şimali Karolina (3 100 374) ştatları gəlir. Corciya, Miçiqan, Virciniya və Nyu-Cersi ştatlarında isə 1 milyonu keçir.

Son xəbərlər
Bütün xəbərlər »