Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi - Video
Gəncə

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində iki uşaq anası görmə qabiliyyətini itirib.

"Report"un məlumatına görə, bir neçə gün əvvəl düşmənin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ağır yaralananlardan biri də 26 yaşlı iki uşaq anası Pərvin Qasımovadır. O, şəhərə atılan raket nəticəsində uçmuş evinin dağıntıları altında qalıb və hər iki gözündən ağır xəsarət alıb.

P.Qasımova hadisə zamanı evdə tək olmayıb, onun iki körpəsi və anası da dağıntılar altında qalıb. Xoşbəxtlikdən körpələr ciddi xəsarət almayıb.

Həmin günü çox acı xatirə kimi qiymətləndirən P.Qasımova ermənilərin günahsız insanlara qarşı etdikləri bu vəhşiliyini pisləyib.

Qeyd edək ki, P.Qasımovanın müalicəsi yerləşdirildiyi xəstəxanada davam edir.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »