Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zinəddin Zidan “El-Klasiko”dakı qələbəni şərh edib
Zinəddin Zidan “El-Klasiko”dakı qələbəni şərh edib

“İdeal oyun keçirdik və üç xal qazandıq. İndi bərpa olunmaq və qələbəyə sevinmək lazımdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Real”ın baş məşqçisi Zinəddin Zidan deyib.

Fransalı mütəxəssis İspaniya La Liqasının “Barselona” ilə VII turun səfər matçını dəyərləndirib. Zidan “El-Klasiko”dakı 3:1 hesablı qələbədən məmnunluğunu gizlətməyib: “Biz bu nəticədən məmnunluq yaşayacağıq, sonra “Borussiya” ilə matçı düşünməyə başlayacağıq. Çərşənbə axşamı artıq yaxındadır. Son günlər üzləşdiyimiz tənqidlərə gəlincə, təmkinimizi qorumalı və bacardığımız kimi oynamalıyıq. O tənqid haqlı deyildi. Oyunçulara görə şadam. Meydanda məhz onlar döyüşür. Komandada xarakter var və bu gün onu nümayiş etdirdi. Komandamla fəxr edirəm. Bu, ideal keçirdiyimiz oyunda əldə olunan komanda qələbəsidir”.

Son xəbərlər
Bütün xəbərlər »