Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Real Madrid” “Barselona”ya qalib gəldi
“Real Madrid” “Barselona”ya qalib gəldi

İspaniya La Liqasında yeni mövsümün "El-Klasiko" matçı keçirilib.

Bizimyol.info xəbər verir ki, ölkə çempionatında 2020/2021 mövsümündə “Barselona” və “Real Madrid” arasındakı matç VII tura təsadüf edib.

“Nou Kamp” stadionunda keçirilən görüş “Real Madrid”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ikinci "El-Klasiko" XXX turda - 2021-ci il aprelin 11-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda oynanılacaq.

Hazırda 6 oyunda 13 xal toplayan “Real” 1-ci pilləyə yüksəlib. 5 görüşdən sonra 7 xala malik “Barselona” 10-cudur.

İspaniya La Liqası

VII tur

24 oktyabr

“Barselona” – “Real” – 1:3

Fati, 5 – Valverde, 8, Ramos,, 63 (pen.), Modriç, 90

Son xəbərlər
Bütün xəbərlər »