Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

Qondarma “dqr prezidenti” Araik Arutyunyanın Rusiya prezidenti Vladimir Putinə dünən yayılmış açıq məktubu erməni cəmiyyətində geniş müzakirə olunub.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yazır.

Bildirilir ki, Arutyunyanın məktubu cəmiyyəti “hərbi-patriotik nəğmələrlə” bəsləyən dairələr üçün əsl soyuq duş effekti yaradıb. Hamıya bu mesajı verib ki, reallığa geri qayıtmaq vaxtıdır.

Xatırladaq ki, Arutyunyan Putinə məktub yazıb ondan acizanə şəkildə döyüşlərin dayandırılması üçün bütün mümkün olanı etməyi və siyasi prosesin bərpasını xahiş etmişdi.

Qəzetin yazdığına görə, Arutyunyanın Putinə məktubu onun bir neçə gün əvvəl baş nazir Nikol Paşinyana da eyni məzmunlu məktub göndərdiyi barədə xəbərləri təsdiqləmiş olur. Belə ki, həmin məktubda qondarma “prezident” vəziyyətin acınacaqlı olduğunu bildirərək danışıqlar prosesinə qayıtmaq üçün tədbirlər görməyi xahiş edibmiş. Paşinyan bu haqda parlamentdə təmsil olunmayan siyasi partiyaların rəhbərləri ilə görüşündə danışıb. Lakin belə məktubun olması nəyə görəsə rəsmən təsdiqlənmir. Arutyunyanın mətbuat katibi Vaqram Poqosyan deyir ki, o məsələnin cəbhədə həll olunduğunu hesab etməkdədir.

“Lakin bir vacib məqam qaranlıq qalır: əgər Arutyunyan Putinin və Rusiyanın bu münaqişədəki roluna belə vacib əhəmiyyət verirdisə nəyə görə dinc şəraitdə bəzilərinin kaprizlərinə boyun əyib Rusiyanın persona non-qrata elan etdiyi şəxsləri vəzifələrə təyin edirdi? Söhbət “xarici işlər naziri” Masis Mailyandan və “təhlükəsizlik şurasının katibi” Samvel Babayandan gedir”,-qəzet yazır.

Son xəbərlər
Bütün xəbərlər »