Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Ordusu qələbəyə sonsuz inam və əminlik nümayiş etdirir
Azərbaycan Ordusu qələbəyə sonsuz inam və əminlik nümayiş etdirir

Azərbaycan Ordusunun artilleriya bölmələrinin cəsur hərbçiləri düşmənə sarsıdıcı zərbələr vuraraq, torpaqlarımızın işğaldan azad edilməsində misilsiz fədakarlıqlar göstərirlər. Artilleriya bölmələrimizin bu uğurlarının əsasında vətənpərvərlik ruhunun və döyüş əzminin sarsılmaz olması ilə yanaşı, hərbçilərimizin yüksək peşəkarlığı dayanır.

Bizimyol.info xəbər verir ki,  Müdafiə Nazirliyinin mətbuat xidmətin tərəfindən təqdim olunan növbəti videoda Azərbaycan Ordusunun artilleriya bölmələrindən birinin zabiti düşmənin artilleriya bölmələrini, döyüş texnikalarını və canlı qüvvəsinin məhv edildiyini, şəxsi heyətin qələbə əzminin yüksək olduğunu diqqətə çatdırıb. Hərbçilərimiz Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, üçrəngli bayrağımızı Şuşada dalğalandırılacağına sonsuz inam və əminlik nümayiş etdiriblər.

Son xəbərlər
Bütün xəbərlər »