Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süleyman Soylu ABŞ səfirliyinin xəbərdarlığını "qeyri-etik hərəkət" adlandırıb
Süleyman Soylu ABŞ səfirliyinin xəbərdarlığını "qeyri-etik hərəkət" adlandırıb

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın vətəndaşlarının təhlükəsizliyi üçün Türkiyədə konsulluq xidmətlərinin dayandırılması xəbərdarlığı ilə əlaqədar açıqlama verib.

Bizimyol.info xəbər verir ki, “Haber Global” məlumat verir ki, S.Soylu ABŞ-ın bu davranışını qeyri-etik hərəkət adlandırıb.

“Əlbəttə ki, bəzi kəşfiyyat qiymətləndirmələri ola bilər, ancaq qərarı özünün internet səhifəsindən bəyan edərək başqa ölkəni töhmət altına qoyan bir davranış etikaya uyğun hərəkət deyil”.

“Bir məlumatı paylaşmağın bəzi diplomatik şərtləri var. ABŞ səfirliyi prosedur, ədəb-ərkandan məhrum hərəkət nümayiş etdirdi”, - deyə türkiyəli nazir bildirib.

Qeyd edək ki, dünən ABŞ-ın Türkiyədəki səfirliyi açıqlama yayaraq Ankara, İstanbul, Adana və İzmirdəki konsulluqları fəaliyyətini müvəqqəti olaraq dayandırdığını bildirmişdi. Səfirlik Amerikanın Türkiyədə olan vətəndaşlarına etdiyi müraciətdə bildirib ki, buna səbəb Türkiyədə potensial terror hücumları və adam oğurluğu ehtimalının yüksək olmasıdır.

Son xəbərlər
Bütün xəbərlər »