Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: PSJ Ronaldunun transferindən imtina etmək istəmir
KİV: PSJ Ronaldunun transferindən imtina etmək istəmir

Fransanın PSJ klubu İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunu heyətinə qatacağına ümid edir.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi yay transfer dönəmində 35 yaşlı hücumçunu transfer etmək istəyib, lakin keçid gerçəkləşməyib.

Klub növbəti yay təcrübəli forvard üçün yenidən cəhd edəcək. Kilian Mbappe PSJ-dən ayrılacağı təqdirdə Ronaldunun bu komandaya keçmək ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Kriştianu Ronalduda oktyabrın 13-də koronavirus aşkarlanıb. Onun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »