Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəlbəcərin mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək
Kəlbəcər filiz yataqları

"Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanıb, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib.

Bizimyol.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib. O deyib ki, 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları-130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min m3 mişar daşı, 1 312 min m3 gil, 2 540 min m3 qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 m3 /gün mineral su, 12 428 min m3 tikinti daşı, 1 901 min m3 üzlük daşı və 4 473 min m3 sement xammalı mövcud olub.

“Kəlbəcər rayonu işğal edildikdən sonra buradakı faydalı qazıntı yataqlarının real vəziyyəti haqqında dəqiq məlumatlar əldə etmək mümkün olmayıb. Lakin Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin aerofotoşəkillərinə istinadən deyə bilərik ki, erməni işğalçıları tərəfindən bu yataqlar istismar edilib”.

Ə.Əliyev qeyd edib ki, işğaldan azad olunacaq ərazilərdəki, o cümlədən Kəlbəcər rayonundakı mövcud yataqların ehtiyatları yenidən öyrəniləcək və qiymətləndirmə həyata keçiriləcək.

Paylaş »
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »