Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"

Qarabağda Azərbaycan ordusunun önündə duruş gətirə bilməyən Ermənistan məğlubiyyətini yalanlarla ört-basdır etmək istəyir. Erməni mediası bu dəfə meqastar Tarkan və müğənni Mustafa Sandalı öldürülən Azərbaycan əsgərləri kimi təqdim edib.

Bizimyol.info xəbər verir ki, Ermənistanın Qarabağda türkiyəli məşhurların döyüşlərə qatılması ilə bağlı  yaydığı dezinformasiyalar Türkiyə KİV-nin gündəmini zəbt edib.

Ölkənin tanınmış telekanalları və xəbər portalları məlumat yayaraq ermənilərin çirkin təbliğata əl atdıqlarını qeyd edib.

Həmçinin məşhurların hərbi xidmətdə çəkilən fotolarının düşmən ölkənin mətbuatında yer alıb. Bu dəfə meqastar Tarkan və Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim edilib.

Qeyd edək ki, bundan öncə ermənilər məşhur simalar - müğənni Sərdar Ortac, aktyorlar - Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, şoumen Bəyazit Öztürk və sosial şəbəkə fenomeni Burak Özdemiri öldürülən Azərbaycan əsgərləri kimi təqdim etmişdilər.

Son xəbərlər
Bütün xəbərlər »