Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arvadını öldürən kişi intihara cəhd edib
Arvadını öldürən kişi intihara cəhd edib

Bakınında qətl hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, hadisə Binəqədi rayonunun 9-cu Mikrorayon, Cavadxan küçəsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Əsgərov Hafiz İsgəndər oğlu yaşadığı mənzildə həyat yoldaşını ailə münaqişəsi zəminində əvvəlcə döyüb. Daha sonra onu qətlə yetirib.

Hadisə yerinə hüquq mühafizə xidmətinin əməkdaşları cəlb edilib.

Araşdırma zamanı məlum olub ki, H.Əsgərov özünə də qəsd etmək istəyib. Lakin vaxtında edilən müdaxilə nəticəsində onun həyatını xilas etmək mümkün olub.

H.Əsgərov polis nəzarəti altında xəstəxanaya yerləşdirilib.

Son xəbərlər
Bütün xəbərlər »