Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərdən Putinə daha bir yalvarış məktubu
Ermənilərdən Putinə daha bir yalvarış məktubu

Azərbaycan Ordusu qarşısında çarəsiz qalan Ermənistan hər cür ağlasığmaz addıma baş vurur.

Qondarma Dağlıq Qarabağ Respublikasının başçısı Arayik Harutyunyan Rusiya prezidenti Vladimir Putinin prosesə müdaxilə edərək, hərbi əməliyyatları dayandırmasını istəyib. O, iddia edib ki, Qarabağ keçmişdə Çar Rusiyasının bir parçası olub.

Arayik Harutyunyan Arayik Harutyunyan

Bizimyol.info xəbər verir ki, qondarma rejimin başçısı bu barədə Putinə məktub yazıb. Məktubuna da Rusiya ilə Qarabağ arasındakı əlaqələrin uzun tarixi olduğunu yazmaqla başlayıb.

“Yüz ildən çox müddətdə Qarabağ Çar Rusiyasının bir parçası olub. Bu müddətdə də bölgədə barış və iqtisadi inkişaf olub. Sizin diplomatik cəhdlərinizi qiymətləndiririk. Dünyada və bölgəmizdə böyük nüfuza sahibsiniz. Bunu nəzərə alaraq, döyüşləri dayandırmaq və siyasi danışıqları yenidən başlamaq üçün mümkün olan bütün cəhdləri göstərməyinizi sizdən xahiş edirəm”, - məktubda belə yazıb.

Son xəbərlər
Bütün xəbərlər »