Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova Türkiyənin TV24 telekanalına müsahibə verib
Sahibə Qafarova

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TV24 televiziya kanalına müsahibə verib.

Bizimyol.info xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müsahibədə Milli Məclisin Sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasında olmasının vacibliyindən danışıb.

Parlament sədri bildirib ki, Türkiyə bu gün dünyada sözünü birbaşa söyləyə bilən və sözü keçən bir neçə ölkədən biridir. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini yüksək səslə dilə gətirir.

S.Qafarova qeyd edib ki, ATƏT-in Minsk Qrupu vasitəçilik missiyasını yerinə yetirə bilməyib: "Təxminən 30 ilə yaxın bir müddət ərzində Azərbaycana çox ümidlər verilsə də Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib və Ermənistanın işğalçı ordusunu torpaqlarımızdan çəkməyiblər. İndi isə Azərbaycan Ordusu özü işğalçını öz torpaqlarımızdan çıxarır".

Spiker deyib ki, biz Türkiyəyə güvənirik: "Bundan sonra formatın adı nə olursa, olsun – Minsk Qrupu da ola bilər, başqa ad da ola bilər, heç fərq etməz – amma cənab Prezident İlham Əliyevin də dediyi kimi Türkiyə mütləq masada olmalıdır".

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »