Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir: “İran-Azərbaycan sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”
Abbas Musəvi səfir

“Cənab Prezident, bədxahların mövcudluğu və müdaxiləsi olmadan İran və Azərbaycan arasındakı 760 km-lik dövlət sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”.

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” hesabında yazıb.

“İranlılar Azərbaycandakı müsəlman qardaş və bacılarının xoşbəxtliyinə sevinir”, - deyə İran səfiri vurğulayıb.

Qeyd edək ki, ötən gün Zəngilanın Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və İran xalqını təbrik edib.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »