Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan əsirliyindən Azərbaycan əsirliyinə - Ermənilərin xilas formulu
Əziz Əlibəyli

Müharibələrdə əsirlərin vəziyyəti “de conditione ex captivis” deyilən bir anlayış var: onların geyimləri, düşüncələri, üzlərinin xarici səbəblərdən dəyişib, dəyişməməsi (fiziki görünüş) və sair cəhətləri əhatə edir. Bu gün də Azərbaycan əlində olan üç əsirin videolarını paylaşdı. Bir çox sosial media istifadəçiləri xəbərin özünə aludə olduqları üçün verilən mesajları, əslində təhlili gözdən qaçıra bilərlər. Amma ...

1. Əsirlərin etiraflarından məlum olur ki, birbaşa döyüş zonasına aid şəxslər deyil və təsadüf nəticəsində cəbhənin tutaq ki, “X” zonasına düşüblər. Oğlu ilə tikintidə günəmuzd işləyən yaşlı bir adamı zorla tutub, ölüm zonasına atmaq hansı hərbi taktikanın və məntiqin məhsulu olmasını erməni kombatant, indiki əsir bütün ermənilərə çatdırdı;

2. Unifoma içərisindəki hər hansı bir şəxsi istər, istəməz dəyişdirir və Ermənistan mediasının sərhəd tanımayan fantaziyası onları sözdə ölüm makinasına çevirir. O vaxtadək ki, qarşısında Azərbaycan əsgəri çıxır və yaratdıqları bu əfsanə növbəti dəfə puç olur;

Edik Tonoyan

3. Əsirlərin görüntüsü full HD olduğu üçün durumları Azərbaycan haqda aşkar mesaj ötürür - “belə düşmən olmaz”. Xəstəxanalarda müalicə alırlar, yeməkləri normal, heç bir həyati təhlükələri yoxdur. Təpədən-dırnağa düşmənçiliklə süslənən ermənizmə yuvarlanmış, yoluxmuş xalq bu nifrət enerjisinin sərfiyyatını Azərbaycandan ala bilmir. Çünki eyni qaydada davranmırıq, adekvat deyilik və ali dəyərlərimiz onların kilsələrinin qurduğu ideologiyaya cavab vermir. Elə isə bu nifrət enerjisi həmin əsirlərin simasında erməni xalqına ifadə edir ki, mütləq bir düşmən tapılmalıdır və bu Azərbaycanda deyil, bizi bu vəziyyətə salan İrəvandadır. Nəticə: siyasi hakimiyyətin darvazaları qarşısında nifrəti körüklənən xalq yığışıb və növbəti qurbanını gözləyir;

4. Əsirlərin “Qarabağ Azərbaycandır” eitrafları təkcə, əsrlik məkrli planı dağıtmır, ermənizmin qəbul etdiyi və ifadə etdiyi etirafdır, Azərbaycanda heç kimi öldürmürlər, xüsusilə də “Qarabağ Azərbaycandır” deyən erməniləri ki, artıq bu görüntü təkcə cəbhədə bizə qarşı ölüm kolonuna girib, həşərat kimi məhv edilən ideologiya qurbanlarını - hərbçiləri də yaşamaq uğrunda savaşın şərti kimi qəbul etdikləri həqiqətə çevirilir. Axmaq hakimiyyətləri ucbatından dövlətçilikləri itirilmək təhlükəsi qarşısında qalan erməni xalqının da xilas formuluna çevirilir. Erməni ictimaiyyətində xəstə keşişlərlə oğullarını mənasız yerə qurban verən anaların arasında, dövlətlə sadə xalq həndəvərində uçurum yaradır, icmalar dağılır və artıq bir ağızdan, xorla “Qarabağ Azərbaycandır” deməyə başlayacaqlar;

5. Ölüm həyat qədər baha deyil, səngərdə taleyini öncədən görmək erməni əsgəri üçün xüsusi ekstrasenlik bacarığı tələb etmir, bu günlərə yaxşı diqqət edin, yüzlərlə, hətta minlərlə erməni əsgəri silahlarını atıb, Azərbaycana keçməklə həyatlarını qarantiyaya alacaqlar. Hansı ki, idiki anda bunun sayı-hesabı bizə bəlli deyil. Azadlıq meydanı boyunca Azərbaycan xalqının Qələbə Paradında müharibə əsirlərinin kolonla keçidində qalib ölkənin zəfər marşının sədaları altında tarixə düşəcəklər;

Erməni əsir

6. Bu görüntülər bütün erməni əsgərlərinə daha bir detalı xatırladır: bizdə heç kimi döymürlər, əzalarını kəsib, bədən üzvlərini fəaliyyətdən çıxarmırlar və yaxud heç bir erməni əsgəri toxunulmaz deyil, mütləq və mütləq əsir düşmək ehtimalını yüksək səviyyədə qoruyur.

7. Qarabağ sırf erməni siyasətçilərinin fantaziyalarının ucbatından süni şəkildə yaradılmış ölüm düşərgəsidir və erməni xalqının əsgəri Qarabağa görə könüllü şəkildə ölmək fikrində deyil, sadəcə “Qarabağlı”ların əlində əsir və girovluq yaşayırlar;

8. Erməni ordusunun rəhbərləri onları ölümə yollayarkən təlqin edir ki, “özünümüdafiə” üçün silahlanmalısınız. Amma artıq sıravi ermənilər üçün elə Bakıdakı əsir sual verir ki, biz Ermənistan ərazisindəyiksə, Azərbaycan da bu ölkənin daxilinə müdaxilə etmirsə, harda özümüzü kimdən müdafiə etməliyik?

9. Əsir düşən yaşlı əsgər bütün erməni ordusunun qaçdığını qeyd edir və o qaçanların hamısı yenidən məcbur başqa cəbhələrdə döyüşlərə aparılır, bir sözlə, ölüm kölgə kimi istənilən anda haqlayır. Əsirlik isə yaşamğına ən mühüm şansı verir;

10. Bu ermənilərdə təslim olmaq mədəniyyəti formalaşdırr;

11. Erməni xalqının keçmiş yaddaşı işə düşür, azərbaycnlılarla yaxın dostluq, qonşuluq, kirvəlik və digər unudulan dəyərlər haqda danışmağa başlayanların sayı artır;

12. Ən vacib nüans odur ki, erməni əsgəri Qarabağda Ermənistan dövlətinin ölüm əsiridir və onun xilas formulu, yeganə yolu Azərbaycan əsriliyinə keçməkdir.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »