Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı: “Lazım olarsa, Şuşada fəhlə kimi “lapatka” götürüb işləyəcəm”
İcra başçısı: “Lazım olarsa, Şuşada fəhlə kimi “lapatka” götürüb işləyəcəm”

“Mən 30 il gözlədim ki, Azərbaycan torpaqları işğaldan azad olunsun”.

Bunu Unikal.org-a açıqlamasında Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. O bildirib ki, doğma torpağı uğrunda canından keçib, şəhid olmağa hazırdır:

“Bu, işğaldan azad olunmuş torpaqlarımız uğrunda aparılan mübarizədir. Mən torpaqlarımızın yolunda canımı da qurban verməyə hazıram. Şuşa ilə bağlı ən böyük arzum doğma şəhərimin işğaldan azad olunmasıdır. İstəyirəm ki, Şuşa şəhərimiz əvvəlki həyatına qayıtsın. Şuşa işğaldan azad olunan kimi abadlıq, quruculuq işlərinə başlamaq istəyərdim. Lazım olarsa, orada fəhlə kimi “lapatka” götürüb işləyəcəm”.

Son xəbərlər
Bütün xəbərlər »