Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada yaşayan veteran futbolçular İlham Əliyevə müraciət edib
Azerbaycan Bayra

“Neftçi” futbol klubunun Rusiyada yaşayan keçmiş futbolçuları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

"Report"un məlumatına görə, 30 il əvvəl işğal olunmuş torpaqların azad edilməsini diqqətlə izlədiklərini bildirən veteran oyunçular tezliklə bayrağımızın Qarabağda dalğalanacağına inandıqlarını vurğulayıblar.

"Hörmətli İlham Heydər oğlu!

Biz, “Neftçi” futbol klubunun Rusiyada yaşayan veteranları, 30 il əvvəl işğal olunmuş torpaqlarımızın rəşadətli, müzəffər Azərbaycan ordusu tərəfindən azad edilməsini diqqətlə izləyirik. Xilaskar həmyerlilərimizlə fəxr edir, sülh və ədalətin təntənəsi üçün öz oğullarını müqəddəs savaşa yola salmış analarla birgə həyəcan keçiririk.

İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın üçrəngli bayrağı tezliklə Qarabağda, onun mirvarisi Şuşada dalğalanacaq, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir qarabağlının evində sülh bərqərar olacaq!

SSRİ idman ustaları:

Tofiq Abbasov

Rafiq Əli-Zadə

Rinat Kamalitdinov

Rafiq Quliyev

Vyaçeslav Lyoqkiy

Nikolay Smolnikov

İqor Çeremisov

Vitali Şevçenko"

Paylaş »
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
Son xəbərlər
Bütün xəbərlər »