Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zatulinin sərsəm bəyanatına rusların özündən təkzib gəldi
Konstantin Zatulin

Rusiya Dövlət Dumasının MDB məsələləri komitəsinin sədrinin birinci müavini Konstntin Zatulin bəyan edib ki, Rusiya Dağlıq Qarabağda hərbi əməliyyat keçirə bilər: "Bunun üç forması var:

Ermənistanın hərbi potensialının nümayişkaranə şəkildə gücləndirilməsi, Ermənistan ərazisinin müdafiə olunması üçün KTMT-yə müvafiq müraciətdən sonra desant əməliyyatının keçirilməsi və Ermənistanın məruz qaldığı hava blokadasının yarılması".

Rusiya Dövlət Dumasının müdafiə məsələləri komitəsinin sədr müavini Andrey Krasov bu bəyanatdan sonra ermənilərin sevincini yarımçıq qoyaraq bildirib ki, Konstantin Zatulinin belə şərh verməyə səlahiyyəti yoxdur.

“Hazırda Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiyanın Silahlı Qüvvələrinin hər hansı formada istifadəsi nəzərdə tutulmayıb.

Dövlət Dumasının mövqeyi yalnız sədr, ya da onun tapşırığı ilə müavinləri və ya profil komitəsi bəyan edə bilər".

İlhamə

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
››› Türk hərbçiləri Ağdamda...
Son xəbərlər
Bütün xəbərlər »