Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
Şükür Həmidov

Milli Qəhrəman, polkovnik Şükür Həmidov şəhid olub.Şükür Həmidov doğulub, böyüdüyü Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Ən böyük arzusu ata yurdunu azad görmək idi. O xoş günün müjdəsini alsa da, əmin olsa da ata ocağının torpağına üz sürtmək qisməti olmadı.

Bizimyol.info-nun məlumatına görə, polkovnik Şükür Həmidov uşaqlıqdan özünü hərbiyə həsr etmişdi, əvvəl Naxçıvanski adına, sonra ali hərbi məktəbi bitirmişdi, cəsarətinə və peşəkarlığına görə fərqlənirdi. Ən böyük xidməti Aprel döyüşlərində xalqımıza zəfərin dadını çatdırması idi. Lələtəpənin alınmasına göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülmüşdü.

Şəhidimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq.Allah rəhmət eləsin.

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - Video
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
Son xəbərlər
Bütün xəbərlər »