Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər Polşada azərbaycanlılara atəş açıb - Video
Polşada Qarabağ aksiyası

Polşanın Katovitse şəhərində vətənpərvər azərbaycanlı gənclərin təşəbbüsü ilə Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib. Aksiyada soydaşmızla yanaşı milliyətcə polyak olan şəhər sakinləri də iştirak edib və erməni terroruna yox deyiblər.

Bizimyol.info xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya yekunlaşan anda ermənilər soydaşlarımıza qarşı təxribat törədib, onlara hücum çəkərək fiziki güc tətbiq ediblər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar.

Təxribatla bağlı polisə müraciət olunub, araşdırma aparılır. Bizdə olan məlumata görə, azərbaycanlılara qarşı təxribat törədən milliyətçi ermənilərdən 3 nəfəri saxlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsi baş vermiş hadisəni və soydaşlarımızın vəziyyətini diqqətdə saxlayır. Onlara lazm olan bütün hüquqi və digər yardımlar göstəriləcək.

Komitə bir daha soydaşlarımızı keçirilən dinc aksiyalar zamanı erməni təxribatlarına uymamağa çağırır. Onların məqsədləri təxribat törətmək və azərbaycanlıları provakasiyalara çəkməkdir.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »