Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ordusunun zərbələrindən tamam başını itirib.

Ermənilər onu heç vaxt olmadığı qədər sərt tənqid edirlər. Paşinyan isə sosial şəbəkə səhifələrində bədii əsərlərdən sitat gətirir.

Bizimyol.info xəbər verir ki, Ermənistanın baş naziri bu dəfə Hrant Matevosyanın “Ağaclar” əsərindən bir parça yazıb. Burada zərbədən sonra kişi kimi ayağa qalxıb sınmamaqdan söhbət gedir.

Səhər saat 11 radələrində yazılmış statusa 10 mindən çox rəy gəlib. Azərbaycanlılar rəy bölümündə xüsusi fəallığıyla seçilir. Tanınmış jurnalist İradə İsak erməniləri onsuz da Allahın sındırdığını bildirib.

Rüfət Mədətli uğurlu yumor nümunəsi göstərib: “İrəvanda tank qalmadı, o tank nə tankdı, yola düzdürmüsən?”

Filosof Müşfiq Şükürov da Paşinyanı lağa qoyub: “Paşinyanı qoruyun, əziz ermənilər. O olmasaydı, danışıqlar bir 30 il də davam edəcəkdi. Onun sağlam qalması üçün dua edəcəyik”.

Azərbaycanlılar Paşinyana nə yazır... - Foto

Orxan Nəzirli Paşinyanın şair qəlbinin yenə alovlandığını yazıb.

Laçın Səmla “Bayraktar” və “Harop” dronlarından düşmən baş nazirə salam göndərib. Paşinyanı ermənilərə yalan danışmaqda qınayan çox olub.

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - Video
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
Son xəbərlər
Bütün xəbərlər »