Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər
koronavirus

Koronavirusa yoluxma sayının artmasından belə görmək olar ki, insanlar hələ də bu virusa qarşı laqeydlik nümayiş etdirirlər, lakin bu laqeydliyin çox acı nəticələri olur.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, son günlər ərzində yoluxma sayında artım müşahidə edilsə də, oktyabrın 15-dən sonra bu artım daha nəzərəçarpan həddədir. Oktyabrın 15-dən sonra ölkə üzrə yoluxma sayı 500-ü ötməyə başlayıb.

Y.Abdiyeva qeyd edib ki, həmin müddətdə yalnız oktyabrın 19-da ölkə üzrə 331 yeni yoluxma qeydə alınıb. Son 2 gün ərzində isə yoluxma sayı hər gün yeni rekord olaraq, təzələnir. Belə ki, oktyabrın 20-də yeni yoluxma sayı 584 olduğu halda, oktyabrın 21-də bu say 714-ə, oktyabrın 22-də isə 825-ə yüksəlib:

"Bu rəqəm indiyədək müşahidə edilən ən yüksək saydır. Dünən isə biz 714-ü ən yüksək yoluxma sayı kimi qəbul edirdik. Belə görünür ki, vəziyyət günbəgün dəyişir. Bu artım belə davam edərsə, çox yaxın günlərdə sutkalıq yoluxma sayında 1000-i ötə bilərik. Məncə, bu, artıq ciddi bir həyəcan siqnalıdır. İnsanlar başa düşməlidirlər ki, yaxın günlər ərzində vəziyyətin necə olacağı yalnız bizim özümüzdən asılıdır. Bu vəziyyəti biz yaratdığımız kimi, biz özümüz də ondan qurtula bilərik. Bunun üçün isə yalnız məsuliyyətli olmağımız yetərlidir. Sadə sanitar-gigiyenik qaydalara əməl etməklə, kütlə arasında olmaqdan çəkinməklə yoluxma sayının azalmasına nail ola bilərik. Gəlin, hər birimiz bunu edək. Əks halda, yaratdığımız bu vəziyyətin acısını özümüz çəkməli olacağıq".

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »