Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya FTX Moskva regionunda terror aktının qarşısını alıb
Rusiya FTX Moskva regionunda terror aktının qarşısını alıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva regionunda terror aktının qarşısını alıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə FTX-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxt regionunda terror aktının qarşısı alınıb.

Mərkəzi Asiya regionundan olan 1999-cu il təvəllüdlü şəxs saxlanılıb. İstintaqın məlumatına görə, beynəlxalq terrorçu təşkilatın döyüşçülərinin əmri ilə həmin şəxs hakimiyyət orqanlarından birinin binasında əldəqayırma bombanı partlatmağı və daha sonra Yaxın Şərqə terrorçuların tərəfində döyüşməyə getməyi planlaşdırıb. Sübut kimi həmin şəxsdən əldəqayırma bombanın hissələri, eləcə də onun terrorçularla yazışması, partlayıcını hazırlamaq üçün təlimat və terrorçuların başçılarının andiçmə videosu götürülüb.

Son xəbərlər
Bütün xəbərlər »