Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənipərəst deputat: Ermənilərdən yorulmuşuq
Ermənipərəst deputat: Ermənilərdən yorulmuşuq

RF Dövlət Dumasının deputatı, ermənipərəst mövqeyi ilə bilinən Konstantin Zatulin erməni jurnalistin KTMT-nin Qarabağ hadisələrində Ermənistanı müdafiə etməli olması barədə sualına kəskin cavab verib.

O,"Qraparak" nəşrinə bildirib ki, Ermənistan ölçüb, biçməli, baş verənlərdən nəticə çıxarmalıdır.

"Mən sizin ölkənizdəki daxili vəziyyəti nəzərdə tuturam. Ermənistanın indiki hakimiyyəti iki il öz rəqibləri ilə hakimiyyət uğrunda mübarizə apardı, bu gün isə əkdiklərinin meyvəsii yeyir".

Zatulin jurnalistin Rusiyanın Ermənistana kömək etməməsi barədə sualına əsəbləşib.

"Məni hamı ermənipərəsət adlandırır.Lakin biz artıq ermənilərdən Rusiya bizim üçün etməlidir sözlərini eşitməkdən yorulmuşuq. Özünüz özünüz üçün nəsə edin. Lakin Ermənistan indiki halda nə edə bilər? KTMT deyirsiniz. Əgər hesab edirsinizsə ki, Ermənistanın haqları pozulub, KTMT-yə müraciət edin. Niyə etmirsiniz?

Amma Ermənistan haimiyyəti hesab edir ki, onun üçün Rusiya hər şeyi etməlidir, o isə öz Qərbdən olan dostlarını incitməməlidir. Kimə arxalanmalı olduğunuzu anlamalısınız. Bu normal deyil ki, Rusiya sizin əvəzinizə vəziyyətdən çıxsın. Ermənistan siyasi mənada parçalanıb.Baş naziriniz isə özünü elə göstərir ki, guya keçmiş hakimiyyətdə olanları həbsə atmaqla gələcəkdə də ölkəni idarə edəcək. Belə müharibə aparmırlar".

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »