Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin təltif etdiyi şəxs: "İyirmi üç il qohumsuz, qonşusuz yaşadıq"
Kim torpağını, millətini sevirsə, ölkə üçün zəhmət çəkirsə bu dövlət onu qiymətləndirir”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan prezidentinin sərəncamı ilə yeni təsis edilən I dərəcəli “Əmək ordeni” ilə təltif olunmuş Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev deyib.

O.Həziyev Cocuq Mərcanlı işğaldan azad olduğu tarixdən bəri ailəsi ilə bu kənddə yaşadığını söyləyib:

“İyirmi üç il qohumsuz, qonşusuz yaşadıq. Amma bu gün bunun həm maddi, həm də mənəvi əvəzini aldım. Cənab prezident həmişə vurğulayıb ki, hər bir azərbaycanlının prezidentidir. Mən bunu öz həyatımda yaşadım və gördüm. Mənə verilən evin orderini şəxsən təqdim etdi. Bu ev artıq mənim mülküm hesab olunur”.

Oqtay Həziyevin sözlərinə görə, istifadəyə tam hazır olan orta məktəb binası kəndin ilk şəhidi Novruz Aslanovun adını daşıyır.

Qeyd edək ki, iyunun 14-də yenidən qurulan Cocuq Mərcanlıya səfər edən dövlət başçısı Həziyevlər ailəsi ilə görüşüb. Prezident bütün zəruri mebel və avadanlıqlarla təchiz olunmuş dördotaqlı mənzilin orderini, eləcə də “Əmək ordeni”ni şəxsən O.Həziyevə təqdim edib. Bundan başqa, O. Həziyev Cocuq Mərcanlı qəsəbəsinin ərazi nümayəndəsi təyin olunub.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »