Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan gözlənilməz bəyanat: Ermənilər Azərbaycanın sərhədləri daxilində yaşamalıdırlar
ABŞ-dan gözlənilməz bəyanat: Ermənilər Azərbaycanın sərhədləri daxilində yaşamalıdırlar

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison bildirib ki, ABŞ və Rusiya Dağlıq Qarabağda münaqişənin dayandırılmasına cəhd edirlər və bu günlərdə atılan bütün addımları buna hesablanıb.

"Bu problem 30 ildir irinli yaraya çevrilib. Minsk qrupunun həmsədrləri münaqişəni əvvəlki həddinə salmağa çalışırlar, yəni məhz Azərbaycanın suveren sərhədləri daxilində və ermənilər bu suveren sərhədlər daxilində yaşaya bilər. Münaqişə həllini tapsa, bu problemi həll etmək olar",- deyə Hatçison qeyd edib.

Amerikalı ekspert bildirib ki, münaqişənin hərb yolu ilə həlli mümkün deyil. Biz tərəfləri zorakılığa son qoymağa çağırırıq və həmsədr dövlətlər də bu fikrə tərəfdardırlar.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »