Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək  sayıqlamasına diqqət edilməlidir"

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri baş tutdu.Növbəti mərhələdə ölkə liderləri, yəni Azərbaycan prezidenti İlham Əliyerv və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş nəzərədə tutulur. Bu günlərdə Rusiyalı siyasətçi, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski sərsəm bir bəyanatla çıxış etdi. O qeyd etdi ki, hər iki ölkənin liderini atəşkəs sazişi imzalamağa razı olana qədər Rusiyada girov saxlamaq lazımdır.

Siyasi şərhçi Turab Rzayev hesab edir ki, bu bəyanat nə qədər ağlabatmaz, sayıqlama kimi görünsə də, bu dönəmdə ölkə başçımızın Rusiyaya səfər etməsinə ehtiyatla yanaşmaq lazımdır.

Turab Rzayev Turab Rzayev

"Rusiya və Ermənistan elə bir dövlətlərdir ki, onlara güvənmək olmaz. Rusiya əslində bu görüşlərin təşkili ilə prosesin həllində hələ söz sahibi olduğunu və öz ağırlığını göstərmək istəyir.ABŞ da nazirlərin görüşünü təşkil etməklə hadisələrə nəzarət etdiyini bildirmək istəyir.Rusiya çalışır ki, bütün razılaşmalar onun ərazisində, onun nəzarəti altında keçirilsin. Mən ölkə rəhbərinin hazırda Rusiyaya səfərinin təhükəsiz olduğunu hesab etmirəm.Jirinovskinin çıxışını xatırlatmaq istəyirəm. Üstəlik tək təhlükə bu da olmaya bilər. Beynəlxalq mədəni kodeksləri dəfələrlə pozmuş bir dövlət olaraq Rusiyadan hər şey gözləmək olar. Saakaşvilinin bu yaxınlarda verdiyi müsahibəsini xatırlayıram. O demişdi ki, Putin Fransa kimi bir dövlətinin lideri Sarkozinin qalstukundan tutub dartmaqla təhdid edib, Saakaşvilinin özüylə görüşdə dırnaqlarını onun dizlərinə batıraraq təzyiq göstərib.Rusiyanın həm özü həm rəhbərliyi protokol qaydalarına həmişə riayət etmir. Nə elədiyi bəlli olmayan bir ölkədir. Üstəlik, hərbi əməliyyatlara rəhbərlik edən Ali Baş Komandanın bu dövrdə qısa müddətə də olsa ölkəni tərk etməsi yəqin ki, məqsədəuyğun olmazdı.Hesab edirəm ki, bu görüşün təxirə salınması daha yaxşı olardı",- deyə ekspert Bizimyol.info-ya bildirib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »